1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Ağır Atletika Federasiyasının cəzası yüngülləşdirilə bilər
Bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) cəzası yüngülləşdirilə bilər. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, oktyabrın 19-da rəsmən qüvvəyə minən cəzanın 8 - 10 aya endirilməsi mümkündür.
Bunun üçün əsas şərt AAAF-ın diskvalifikasiya dövründə müəyyən edilən meyarlara uyğun xidmət etməsidir. Belə olan halda, Dünya Ağırlıqqaldırma Federasiyası (IWF) quruma idmançı və texniki nümayəndələr səviyyəsində cəzanın son 2 ayından, həmçinin, yeniyetmə atletlərin yarışlarda iştirakı üçün son 4 ayından azad edilmə tətbiq edə bilər.
Qeyd edək ki, IWF İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş iclasında Azərbaycan, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynanın bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub. Buna səbəb sözgedən ölkələrin 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarında dopinq-testin təkrar analizlərinin müsbət nəticə verməsidir.
Müstəqil nəzarət qrupu yarışlardan kənarlaşdırılan federasiyaların bütün dövr ərzində vəziyyətini qiymətləndirəcək. Bu qrup federasiyaların IWF-in təşkil etdiyi yarışlarda qismən iştirakı haqda qərar qəbul edə bilər.
Cəzaya məruz qalan ölkələrin idmançıları 2017-ci ilin noyabrın 27-dən dekabrın 5-dək keçiriləcək dünya, 2018-ci ilin martın 23-dən aprelin 1-dək təşkil olunacaq Avropa çempionatından kənarda qalacaqlar.
Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.