1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ermənistan ağırlıqqaldıranlarının dopinq pozuntuları gizlədildi
Moskva Antidopinq Laboratoriyasının (RUSADA) sabiq direktoru Qriqori Rodçenkov Ermənistan ağırlıqqaldıranlarının dopinq pozuntularını gizlədib.
Sportnet.az məlumatına görə, belə bir ittiham Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Layihəsi (OCCRP) tərəfindən irəli sürülüb. İddia edilir ki, RUSADA-nın keçmiş rəhbəri erməni "müştərilər"i üçün stanozolol və turinabol kimi istifadəsi qadağan olunmuş preparatlar əldə edib. Həmin dərmanlar Ukraynadan alınıb və olimpiya mükafatçıları Tiqran Martirosyanla Rimsim Xurşidyan üçün istifadə olunub. Hər iki ağırlıqqaldıran 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının medallarından məhrum edilib.
Bundan başqa, Rodçenkov erməni idmançıların dopinq-test nümunələrini təmiz çıxarmaqdan da çəkinməyib.
Qeyd edək ki, Qriqori Rodçenkov 11 noyabr 2015-ci ildə istefa verib. O, təhlükəsizliyindən ehtiyatlandığı üçün 2016-cı ilin yanvarında ABŞ-a qaçıb.