1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiyaçı Azərbaycan çempionu oldu - VİDEO
İsmayıllıda şosse velosipedinin Olimpiya növləri üzrə Azərbaycan çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son yarış günü yaşı 23-dək olan və Elit kateqoriyasında təmsil olunan velosipedçilər mübarizə aparıblar.
Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin, o cümlədən kontinental velosiped komandamız "Synergy Baku"nun və milli komandalarının üzvü olan bütün velosipedçilər iştirak edib. 164 km-lik mübarizənin təxminən 40 km-dən sonra əsas mübarizənin də məhz "Synergy Baku"nun 4 üzvü - Elçin Əsədov, Samir Cəbrayılov, İsmayıl İlyasov və ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin arasında gedəcəyi məlum olub.
Ara-sıra hücumları nəzərə almasaq, təxminən 125-ci km-ə qədər bu dördlük lider qrupu olaraq qalan izləyicilərindən xeyli aralanıb. Amma məhz bundan sonra dağlıq ərazidən eniş zamanı Maksim Averin qəfildən irəli şığıyıb və digər 3 nəfərdən uzaqlaşmağı bacarıb.
Beləcə, olimpiyaçı finiş xəttinə qədər digər rəqibləri üçün əlçatmaz olub və 164 km məsafəni 4 saat, 21 dəqiqə, 5 saniyəyə qət edərək ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazanıb. Samir Cəbrayılov və Elçin Əsədov çempiona müvafiq olaraq 11 dəqiqə, 51 saniyə və 11 dəqiqə, 53 saniyə uduzmaqla 2-3-cü yeri tutublar.
Qeyd edək ki, qrup ötüşməsindən 2 gün öncə fərdi ötüşmə üzrə yarışlar da keçirilib və burada Maksim Averin 35 km məsafəni 48 dəqiqə, 50 saniyəyə başa vurmaqla 2-ci olub. Bu növdə Azərbaycan çempionu adını 47 dəqiqə, 43 saniyə göstərici ilə Elçin Əsədov bayram edib. Samir Cəbrayılov isə sıralanmada 3-cü olub - 49 dəqiqə, 33 saniyə. Yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının idmançılar üçün müəyyənləşdirdiyi reytinq cədvəlində nəzərə alınacaq.