1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Synergy Baku”nun üzvü Rumıniyada qalib oldu
Rumıniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Sibiu” Velosiped Turu sona yaxınlaşmaq üzrədir. Sportnet.az-ın məlumatına görə, yarışın dağa fərdi ötüşmə üzrə 6,8 km-lik 3-cü mərhələsi komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsilə yadda qalıb.
Məsafəni 16 dəqiqə, 21 saniyəyə qət edən velosipedçimiz bununla da ən yaxın izləyicisi, İtaliyanın "Androni Giocattoli” pro-kontinental komandasının üzvü Alesio Talianini 6 saniyə qabaqlamaqla mərhələnin qalibi olub.
Bu mərhələdəki uğurlu çıxışı sayəsində "Synergy Baku”nun üzvü ən yaxşı dağ velosipedçilərinin mübarizəsində 3-cü yerə yüksəlib. 19 komandanın iştirak etdiyi "Sibiu” turuna sabah yekun vurulacaq.
Qeyd edək ki, yarışda komandamız 5 velosipedçi – Elçin Əsədov, Matiya Kvasina, Kiril Pozdnyakov, Matey Müqerli və Yosip Rumaçla təmsil olunur.