
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) daha bir idmançını cəzalandırıb.
Qurumdan Sportnet.az-a verilən məlumata görə, bu, qadın velosipedçi Elfanə Camalovadır.
O, nümunə toplanması prosedurasından yayınma, imtina yaxud nümunəni təqdim etməmə hallarına yol verdiyi üçün 2 il müddətinə diskvalifikasiya olunub.
Camalovanın cəza müddəti idmana qayıtdığı tarixdən hesablanacaq.