
"Yarışda 8 ölkədən 13 komanda iştirak edəcək. Bütün hazırlıqlar beynəlxalq standartlara uyğun görülüb. Beynəlxalq dərəcəli hakim də işlərlə tanış olub".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVF) baş katibi Elnarə Musayeva "Əziz Şuşa" beynəlxalq veloyürüşünə həsr olunmuş mətbuat konfransında deyib.
O, əvvəlki təcrübələrini burada da təkrarlayacaqlarını, hətta daha artığını edəcəklərini bildirib.
Qeyd edək ki, beynəlxalq velotur 9-10 iyulda təşkil olunacaq.