İngiltərə "Liverpul"unun kapitanı Stiven Cerrard komandadan getdiyini bəyan edib. Sportnet.az-ın məlumatına görə, 17 illik karyerasını yalnız bu kluba həsr etmiş 34 yaşlı yarımmüdafiəçi karyerasını bitirmək niyyətində olmadığını bildirib.
Lakin o, hələ növbəti iş yerini müəyyənləşdirməyib: "Mən bu açıqlamanı indidən verirəm ki, baş məşqçi və komandanı gələcək taleyimlə bağlı mümkün söz-söhbətlərdən uzaq tutum. Karyeramı harada davam etdirəcəyimə aydınlıq gəlməyib. Amma bu, "Liverpul"la rəqabət aparan klub olmayacaq. Bu qərar karyera və şəxsi həyatda yeni nə isə hiss etmək istəyinə əsaslanıb".
Qeyd edək ki, Stiven Cerrardın ABŞ MLS komandalarından birinə keçəcəyi bildirilir. O, 1998-ci ildən çıxış etdiyi "Liverpul"un heyətində 695 oyuna 180 qol vurub.