Fransanın "Lans" klubunun prezidenti Jerve Martel Bakıya gələcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Martelin özü keçirdiyi mətbuat konfransında açıqlama verib.
O bildirib ki, yanvarın 10-da "Genqam"la Fransa çempionatı matçından sonra Azərbaycan paytaxtına üz tutacaq. Məqsəd "Lans"ın mövsümün sonunadək çempionatda davam gətirməsi üçün lazım olan vəsait ödənişini təmin etməkdən ibarətdir. Martel bildirib ki, mülkiyyətçilik hüququ hələ heç kimə tam keçməyib, əsas məsələ klubun sabitliyidir: "Mən də Bakıda buna çalışacağam. Klubun sahibi Hafiz Məmmədov da, Anar Məmmədov da, başqası da ola bilər. Mən Bakıya əsasən, maliyyə məsələsinin həlli üçün gedirəm. Biz irəli getməli və nəhayət, bu mövzunu qapatmalıyıq".
Qeyd edək ki, Hafiz Məmmədov maliyyə problemləri üzündən "Lans"ın çempionatda iştirakı üçün lazım olan vəsaiti ödəyə bilmir.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |