
21 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçi vəzifəsi Yaşar Vahabzadəyə həvalə olunub. Sportnet.az-ın məlumatına görə, bu təyinat AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişi əsasında gerçəkləşib.
Vahabzadə yeni vəzifədə Bernhard Lipperti əvəzləyib. O, daha öncə məhz Lippertin köməkçisi olub. Almaniyalı mütəxəssis isə yalnız texniki direktor qismində işini davam etdirəcək.





































































