1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rednik ilk matçında "Neftçi" ilə üz-üzə
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni komanda tapıb. Sportnet.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis Rumıniya "Petrolul"u ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Rəsmi təqdimat mərasimi yanvarın 12-də Ployeşti şəhərindəki "İlie Oana" stadionunda olacaq. Yanvarın 15-də isə "Petrolul" Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplantısına yollanacaq. Hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçı Azərbaycan təmsilçisi "Neftçi"yə qarşı olacaq. Görüş yanvarın 23-də Bakı vaxtı ilə saat 17:00-da "Mardan" İdman Kompleksində baş tutacaq.
Qeyd edək ki, hazırda Rumıniya çempionatında 3-cü pillədə qərarlaşan "Petrolul"un heyətində 2013-cü ilin ilk yarısında azərbaycanlı futbolçu Elhad Nəziri də çıxış edib. Rednik isə bu komandaya ikinci dəfə qayıdıb. O, 2012-ci ilin iyunundan oktyabrınadək bu komandanın sükanı arxasında olub. "Xəzər Lənkəran"a isə rumıniyalı mütəxəssis 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək rəhbərlik edib.