
UEFA İcraiyyə Komitəsi 2018-ci ilədək keçiriləcək yarışların ev sahiblərini elan edib. Sportnet.az-ın məlumatına görə, gələn il 17 yaşadək futbolçular arasında Avropa çempionatını təşkil edəcək Azərbaycandan sonra bu hüquq Xorvatiyaya həvalə olunub.
Builki çempionat isə mayın 6-dan 17-dək Bolqarıstanda ilk dəfə 16 ölkənin iştirakı ilə baş tutacaq.
UEFA bayrağı altında keçiriləcək yarışların ev sahibləri:
• Futzal üzrə UEFA Kubokunda 2014-2015-ci il mövsümünün final mərhələsi ("Sportinq", Lissabon),
• Futzal üzrə AVRO-2018 (Sloveniya),
• Gənclər arasında 2015 - 2017-ci il Avropa çempionatının final mərhələsi (Polşa),
• 19 yaşadək yeniyetmələr arasında 2016-2017-ci il Avropa çempionatının final mərhələsi (Gürcüstan),
• 19 yaşadək yeniyetmələr arasında 2017-2018-ci il Avropa çempionatının final mərhələsi (Finlandiya),
• 17 yaşadək futbolçular arasında 2016-2017-ci il Avropa çempionatının final mərhələsi (Xorvatiya),
• 17 yaşadək qızlar arasında 2017-2018-ci il Avropa çempionatının final mərhələsi (İngiltərə),
• 19 yaşadək qızlar arasında 2016-2017-ci il Avropa çempionatının final mərhələsi (Şimali İrlandiya),
• 19 yaşadək qızlar arasında 2017-2018-ci il Avropa çempionatının final mərhələsi (İsveçrə)
• 17 yaşadək qızlar arasında 2016-2017-ci il Avropa çempionatının final mərhələsi (Çexiya),
• 17 yaşadək qızlar arasında 2017-2018-ci il Avropa çempionatının final mərhələsi (Litva).