Bu gün Topaz Premyer Liqasında XIX turun daha bir oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, AZAL "Neftçi"ni qəbul edəcək.
Bu matç daha çox "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədovun əvvəllər formasını geyindiyi və sükanı arxasında olduğu komandaya qarşı mücadiləsi kimi əlamətdar olacaq. AZAL qış toplanışını Bakıda, "Neftçi" isə Türkiyənin Antalya bölgəsində keçib. Üstəlik, flaqman çempionluq, AZAL isə Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparır. Amma ötən gün "Sumqayıt"ın "İnter"lə səfərdən heç-heçə ilə ayrılması onu göstərir ki, toplanışı xaricdə və ya ölkə daxilində keçmək oyun səviyyəsini müəyyənləşdirmir.
15:00. AZAL - "Neftçi" - 2:1
Qollar: Freddi Mombonqo, 26; 90+2 - Nikolas Kanales, 68-penalti ilə
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, Əliyar Ağayev
AZAL Arena
AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 12. Luis Ramos, 22. Eltun Yaqublu
Baş məşqçi: Tərlan Əhmədov
"Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 18. Kaue da Silva, 22. Rauf Əliyev, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 28. Emin Mehtiyev
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 11. Nikolas Kanales, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 90. Ernest Nfor
Baş məşqçi: Arif Əsədov