Yunan-Roma güləşi qaydalarında dəyişikliklər ediləcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç "Sport-Ekspress"ə açıqlama verib.
O bildirib ki, martın sonlarınadək məsələyə baxılacaq və qərar veriləcək. Laloviç artıq indidən testlərin aparıldığını əlavə edib: "Yunan-Roma güləşini daha baxımlı edə biləcək məşqçilərin ideyalarını praktiki yoxlayırıq".
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası ötən ay Dünya Kubokunun qalibi olub.