1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiya çempionumuz İrana məğlubiyyətin səbəbini açıqladı
Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Şərif Şərifov ABŞ-ın Los Anceles şəhərində keçirilmiş Dünya Kuboku barədə fikirlərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Şərifov qrupun son matçında İrana uduzmalarını bəzi güləşçilərin zədələnmələri ilə əlaqələndirib.
O deyib: "Yarışa çox ciddi hazırlaşmışdıq. Qızıl medal qazanacağımıza çox inanırdıq. Lakin İran komandası ilə görüşdə bəzi güləşçilərimiz zədələndi və biz bürünc medalla kifayətlənməli olduq".
Bununla belə, Şərifov bildirib ki, həvəsdən düşmək lazım deyil: "Çünki bizi qarşıda daha ciddi sınaqlar gözləyir. Bakıda keçiriləcək Avropa Oyunlarında və dünya çempionatında tək hədəfimiz qızıl medallar olacaq. Azarkeşlərimiz bizi dəstəkləməkdə davam etsinlər".
Qeyd edək ki, Şərif Şərifov Dünya Kubokunda keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub. O, İran yığması ilə görüşdə komanda yoldaşlarından fərqli olaraq rəqibi, ikiqat dünya çempionu Reza Yazdanini yenib.