"Formula 1" tarixinin ən görkəmli şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə keçirilən sorğuda final mərhələsinə vəsiqələrin sahibləri məlum olub. Sportnet.az xəbər verir ki, sorğu 4 kateqoriya üzrə aparılır.
Pilotların mübarizəsində 7 qat dünya çempionu Mixael Şumaxer Niki Lauda və Ayrton Sennanı üstələyib. Almaniyalı sürücü finalda 5 qat dünya çempionu Xuan-Manuel Fanxio ilə üz-üzə gələcək. Argentinalı pilot Lüis Hemilton və Ceki Stüartı məğlubiyyətə uğradıb.
Komanda rəhbərləri kateqoriyasında finala Entso Ferrari və Jan Todt çıxıb. Şumaxer - Fanxio cütünün qalibi Ferrari - Todt duetindən üstün ayrılan şəxslə görüşəcək.
Ən yaxşı ixtiraçıların yarışında Edrian Nüi - Qordon Marrey, "Yarışları dəyişən şəxsiyyətlər" kateqoriyasında isə Berni Ekklstoun - Sid Uotkins finalı olacaq. Bu iki cütün qalibləri növbəti mərhələdə bir-birilərinə rəqib olacaqlar.
Qeyd edək ki, "Formula 1"in rəsmi saytı vasitəsilə aparılan sorğuya mayın 13-də yekun vurulacaq.