
FİFA DÇ-2014-ün ilk yarımfinal qarşılaşmasına hakimlər briqadasının adlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Braziliya - Almaniya matçını meksikalı ədalət təmsilçəri idarə edəcək.
Oyunun baş hakimi 40 yaşlı Marko Rodriges təyin edilib.
Rodriges bu mundialda 2 oyun idarə edib. O, Belçika - Əlcəzair (2:1) və İtaliya - Uruqvay (0:1) görüşlərində ədaləti qoruyub.
Məhz meksikalı hakim Luis Suaresin İtaliya millisinin müdafuəçisi Corco Kyellinini dişləməsini görməyib.
Qeyd edək ki, Braziliya - Almaniya görüşü iyulun 8-dən 9-na keçən gecə saat 01:00-da start götürəcək.