
Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq “Batumi Open” turnirində Azərbaycanın üç taekvondoçusu fəxri kürsüyə qalxıb.
Sportnet.az xəbər verir ki, “İrəvan” İK-nın təmsilçiləri Dərya Hüseyinova (27 kq) və Aydan Hüseyinova (33 kq) kiçik yeniyətmələr arasında qızıl, Xəzər Salahlı (53 kq) isə yeniyetmələr arasında bürünc medal qazanıb.
Qeyd edək ki, qızıl medala layiq görülən bacılar Dərya və Aydan Hüseyinovalar 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, Cəbrayıl uğrunda gedən döyüşlərin iştirakçısı Elbrus Hüseyinovun övladlarıdır.
Dərya Hüseyinova ötən il Albaniyanın paytaxtı Tiranada keçirilən kiçik yeniyetmələr arasında Avropa birinciliyində 24 kq çəki dərəcəsində çempion olub.