
ABŞ-nin Nyu-York şəhərində keçirilən NASCAR "Xfinity Series" yarışından sonra bədbəxt hadisə baş verib.
Sportnet.az xəbər verir ki, "Şevrolet"in sürücüsü Konnor Ziliç çempionluğunu qeyd edərkən zədələnib.
Qələbə yürüşü zamanı maşınının damına çıxan amerikalı pilot yıxılıb. O, hadisədən sonra xəstəxanaya yerləşdirilib. Ziliçin körpücük sümüyü sındığı məlum olub.
Konnor Ziliç sosial şəbəkə hesabında artıq evə buraxıldığını və KT müayinəsində heç bir problemin aşkar edilmədiyini bildirib.