NASCAR rallisi üzrə ikiqat çempion Kayl Buş vəfat edib.
Sportnet.az xəbər verir ki, bu barədə NASCAR çempionatının mətbuat xidməti məlumat yayıb.
ABŞ pilotu 41 yaşında dünyasını dəyişib.
“NASCAR ailəsi böyük kədər hissi ilə idmanımızın ən böyük və ən mübariz sürücülərindən biri olan ikiqat çempion Kayl Buşun vəfat etdiyini bildirir. Bu ağır gündə Buş ailəsinə, "Riçard Çildress Rasinq" komandasına və bütün avtoidman ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk”, – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Kayl Buş NASCAR-da 2003-cü ildən çıxış edirdi. O, karyerası ərzində çempionatda 724 yarışda iştirak edib. Buş "NASCAR Cup Series"də 2015 və 2019-cu illərdə çempionluq titulunu qazanmışdı.












































































