
Formula 1 üzrə Azərbaycan Qran Prisində "Red Bull" komandasının avstraliyalı pilotu Daniel Rikkardonun ötmə əməliyyatı 2017-ci ilin ən yaxşısı hesab edilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Qran Pri seriyasının rəsmi "Twitter" səhifəsində bildirilir.
Rikkardo Bakıda yolun qısa hissəsində birdən-birə üç rəqibini - Lens Stroll, Niko Hülkenberq və Felipe Massanı ötməyi bacarıb və sonda yarışın qalibi olub.