Belaruslu tennisçi Arina Sobolenko doğum günündə "Instagram" səhifəsində açıq fotosunu yerləşdirib. Sportnet.az-ın məlumatına görə, bu, tanınmış idmançının 22 yaşının tamamlandığı 5 may tarixinə təsadüf edib.
Sinəsini qızılgüllə örtən Sobolenko "22... Bu, sizə zarafat gəlməsin" yazıb. O, əvvəllər də "Instagram"ında cəlbedici fotolar paylaşıb.
Qeyd edək ki, Arina Sobolenko fevralın sonlarında Qətərin paytaxtı Dohada keçirilmiş nüfuzlu turnirin qalibi olub. Hələlik Qadın Tennisçilər Assosiasiyasının turnirlərində Sobolenkonun hesabında fərdi mübarizədə 6 titul var.