Azərbaycanda 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sportnet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkədə 2 519 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 1 650-ü müalicə olunaraq sağalıb, 32-si vəfat edib, 837-nin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33-nün vəziyyəti ağır, 40-nın vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193 411 test aparılıb.