
Yanvarın 27-də gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qəbul Biləsuvar, Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinlər üçün təşkil olunacaq.
Tədbir saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.