Azərbaycan Kamandan Oxatma Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Sportnet.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşən tədbirdə quruma prezident seçkisi baş tutub.
Şahin Mövsümov yenidən federasiyanın rəhbəri seçilib. O, 2007-ci ildən quruma başçılıq edir.