
Formula 1 üzrə Macarıstan Qran Prisinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, qalib adını "Maklaren" pilotu Lando Norris qazanıb.
Bu, Norrisin ümumilikdə 9-cu, "Maklaren"in 200-cü qələbəsidir.
Komandanın digər üzvü Oskar Piasti ikinci yeri tutub və "Maklaren"in 56-cı qələbə "dubl"unu rəsmiləşdirib.
Üçüncü yer "Mersedes" sürücüsü Corc Rassellə qismət olub.
"Red Bull" pilotu, dördqat dünya çempionu Maks Ferstappen isə 9-cu yerlə kifayətlənib.