
"Bu gün bolidimizdə inanılmaz temp var idi".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Qran-prisinin qalibi olan "Red Bull" komandasının pilotu Maks Ferstappen deyib.
25 yaşlı sürücü avtomobilin balansından çox razı qaldığını söyləyib. "Komanda olaraq 1-2-ci yerlərdə qərarlaşdığımız üçün, həqiqətən də, xoş gündür”.