Bakı "İnter"inin prezidenti Georgi Nikolov Türkiyənin Antalya bölgəsində hazırlıq keçən komandanın düşərgəsinə yollanıb. Sportnet.az-ın məlumatına görə, Nikolov bugünkü məşq öncəsi komanda üzvləri ilə görüşərək, onlara uğurlar arzulayıb.
Bundan başqa, bolqarıstanlı funksioner "İnter"in hazırlıq prosesini izləyən Azərbaycan milli komandasının məşqçiləri Mahmud Qurbanov və Faiq Əzizovla da görüşüb.