
Gənclər və İdman Nazirliyi idmançılarımıza avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
Sportnet.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk beş pilləsində Azərbaycan cüdo millisinin üzvləri yer alıb.
Reytinqə 330 xalla Zelim Tkçayev başçılıq edir. İkinci sırada Zelim Kotsoyev (320), üçüncü də isə Elcan Hacıyev (310) qərarlaşıb.
Azərbaycan idmançılarının reytinq cədvəli:
1. Zelim Tçkayev (cüdo) - 330 xal
2. Zelim Kotsoyev (cüdo) - 320 xal
3. Elcan Hacıyev (cüdo) - 310 xal
4. Rəşid Məmmədəliyev (cüdo) - 210 xal
5. Uşanqi Kokauri (cüdo) - 190 xal
6. Nikita Simonov (kişi idman gimnastikası) - 165 xal
7. Qurban Qurbanov (yunan-Roma güləşi) - 160 xal
8. Giorgi Meşvildişvili (sərbəst güləş) - 150 xal
9. Həsrət Cəfərov (yunan-Roma güləşi) - 150 xal
10. Nihat Məmmədli (yunan-Roma güləşi) - 150 xal.