
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov ABŞ-də keçiriləcək Mayami 2025 Beynəlxalq Taekvondo Düşərgəsinə xüsusi qonaq və təlimçi qismində rəsmi dəvət alıb.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının rəsmi səhifəsi məlumat yayıb.
Düşərgə 30-31 avqustda təşkil olunacaq.
Qeyd edək ki, Qaşim Maqomedov Paris 2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və Avropa çempionudur.