
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Qeyd edək ki, 27–31 avqust tarixlərində keçiriləcək dünya çempionatında 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Qızlar
44 kq
Gülşən Hüseynova
Xədicə Abdullayeva
48 kq
Nərmin Ağamirzəzadə
Leyla Ələkbərova
52 kq
Aysun Məmmədova
57 kq
Səmayə Yusifli
70 kq
Məsumə Məmmədli
Oğlanlar
50 kq
Anar Quliyev
Rza Xəlilli
55 kq
Rəsul Əlizadə
Məhəmmədəli Hüsiyev
60 kq
Zeyd Ələsgərov
Röyal Qayıbov
73 kq
Məhəmməd Ağakişiyev
+90 kq
Sübhan Axundov
Qarışıq komanda yarışı
-81 kq
Amin Mehdiyev