Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın bir cüdoçusu fəxri kürsüyə qalxıb.
M2 yaş kateqoriyasında mübarizə aparan Qurban Məmmədli mundialın bürünc medalını əldə edib. +100 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurgisi məğlub edib.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.









                 





    
    
    
    
    
    
    
    
    



















































