Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan millisinin medal sayı 3-ə çatıb.
Sportnet.az xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar.
Onlar üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Dequzeni məğlub ediblər.
Xatırladaq ki, ilk yarış günündə Qurban Məmmədli də (M2, +100 kq) bürünc medala layiq görülüb.









































































