Noyabrın 8-də Fransanın paytaxtı Parisdə kata üzrə dünya çempionatı start götürəcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan iki gün davam edəcək yarışda 4 cüdoçu ilə təmsil olunacaq.
Onlar "nage-no-kata" və "katame-no-kata" üzrə çıxış edəcəklər.
Nage-no-kata
İsmayıl Rzayev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
Katame-no-kata
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke
Dünya çempionatında 37 ölkədən 466 cüdoçu qüvvəsini sınayacaq.
















































































