Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatının ikinci yarış günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, 55 kq çəki dərəcəsindəki Amin Məmmədzadə 1/8 finalda Friha İsmail Maqraovi (İspaniya) ilə döyüşüb.
Məmmədzadə rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qor Ayvazyanla (Gürcüstan) qarşılaşacaq.
Tağı Nəsibov (60 kq) da ilk döyüşündən qalib ayrılıb. O, 1/8 finalda Yakub Krzpyetdən (Polşa) üstün olub – 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28). Nəsibov növbəti görüşündə Qavin Rayanla (İrlandiya) üz-üzə gələcək. Bu döyüş noyabrın 25-də olacaq.
Məmmədzadə isə noyabrın 26-da rinqə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 29-da başa çatacaq.











































































