Rusiyanın Orenburq şəhərində kişi və qadın cüdoçular arasında keçirilmiş Avropa kubokunu idarə edən hakimlər arasında Azərbaycan təmsilçisi də olub.
Azərbaycan Cüdo Federasiyasından Sportnet.az-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov yarışda ədaləti qoruyub.
Qitə kuboku turnirində 14 ölkədən 198 cüdoqi ustası qüvvəsini sınayıb.