1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan güləşçiləri 5-ci yer üçün yarışacaq
Rusiyanın Sankt-Peterburq şəhərində qadın güləşçiləri arasında keçirilən Dünya Kubokunda Azərbaycan pəhləvanları uğurlu çıxış edə bilməyib. Sportnet.az-ın məlumatına görə, ölkə təmsilçiləri 5-ci yer üçün döşək üzərinə çıxacaq.
İlk görüşü ABŞ-a qarşı keçirən zərif cinsin nümayəndələri sonda məğlub olub. Ümumi hesab 4:4 olsa da, şəxsi görüşlərdəki hesablara görə ABŞ qələbəyə sevinib. İkinci dueldə polşalılarla üz-üzə gələn güləşçilərimiz 5:3 hesablı qələbə qazanıb. Yer aldığı A qrupunda son görüşünü Yaponiyaya qarşı keçirən qadın pəhləvanlar bu dəfə də məğlub olub 3:5.
Yekunda Azərbaycanın qadın güləşçilərdən ibarət yığma komandası Ukrayna ilə görüşəcək. Bürünc medal uğrunda ABŞ və Monqolustan, birincilik üçün isə Yaponiya və Rusiya güləşçiləri yarışacaq.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Ukraynalı rəqibləri ilə martın 8-də Bakı vaxtilə saat 14:00-da döşək üzərinə çıxacaq.