Türkiyənin Çanaqqala vilayətinin Lapseki qəsəbəsində azərbaycanlı qarışıq döyüşçü öldürülüb.
Sportnet.az-ın məlumatına görə, hadisə mini-futbol meydançasında oynamaq istəyən qrupların ardıcıllıq sırası üzündən baş verib.
Mübahisə böyüyərək, davaya çevrildikdə araya girənlər olayı yatırda biliblər. Ötən gün isə qruplar barışıq üçün bir araya gəldikdə, yenidən dalaşmağa başlayıblar.
Nəticədə qəsəbədə işləyən 28 yaşlı İlkin Eminov aldığı bıçaq zərbəsindən ağır yaralar alıb. Lapseki Dövlət Xəstəxanasına çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb. Araşdırmalar davam edir.