
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Yunanıstanı qəbul edib. Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.
Hesabı 52-ci saniyədə yerli komandadan Oktay Rüstəmli açıb. 15-ci dəqiqədə Leandros Tankas bərabərlik qolunu vurub. Bundan sonra Azərbaycan yığması uzun müddət ikinci qol arayışına çıxıb. Lakin fürsətlər boşa verilincə, rəqib əks-hücumdan fərqlənməyi bacarıb. 38-ci dəqiqədə Marios Ntatis Yunanıstan millisini hesabda irəli çıxarıb. Bununla belə, meydan sahibləri bərabərlik qolunu vurmağa müvəffəq olublar. Görüşün sonuna 68 saniyə qalmış Spiridon Papakostas topu öz qapısına göndərib.
Beləliklə, Azərbaycan millisi qrupdakı üçüncü görüşündə də qələbə qazana bilməyib. Daha əvvəl Bakıda İsveçlə 3:3 hesablı heç-heçə, Zaqrebdə Xorvatiyaya 2:9 hesablı məğlubiyyət qeydə alınıb.
AVRO-2026
Əsas mərhələ
V qrup
20:00. Azərbaycan – Yunanıstan - 2:2
Qol: Oktay Rüstəmli, 1. Spiridon Papakostas, 39 - Leandros Tankas, 15. Marios Ntatis, 38
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 14. Tofiq Mikayılov, 1. Emin Kürdov (q, k), 2. Nihad İsmayılov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 10. Seymur Məmmədov, 17. Nurlan Mehdizadə, 20. Fərid Abbasov
Baş məşqçi: Vitali Borisov
Yunanıstan: 1. Nikolaos Aronis (q), 4. Seiti Ensi, 6. Andreas Tarnanidis, 7. Marios Ntatis, 9. Alexandros Adamopoulos, 12. Dimitris Zervas (q, k), 2. Evangelos Avlonitis, 3. Konstantinos Papadopoulos, 5. Dimitrios Karydas, 8. Lampros Tsinas, 10. Spyridon Papakostas, 11. Leandros Tankas, 13. Kostas Panou, 14. Vasilis Tzakidis
Baş məşqçi: İoannis Ziavas
Hakimlər: Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç).
Timekeeper: Ramil Namazov (Azərbaycan).
Hakim-inspektor: Stefan Tivold (Sloveniya).
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan).
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bakıda İsveçlə heç-heçə (3:3) edib, səfərdə Xorvatiyaya məğlub olub - 2:9.