![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739164706_zire-neftci.jpg)
Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyununda “Zirə” və “Neftçi" komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən görüş “ağ-qaralar”ın qələbəsilə yekunlaşıb - 1:2.
Matçın 88-ci dəqiqəsində Emin Mahmudov hesabı açsa da, Ruan Renato 91+1-ci dəqiqədə hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə isə Ervin Koffi qələbə qolunun müəllifi olub.
Bu nəticə ilə “Neftçi” 24 xalla 6-cı pilləyə yüksəlib. “Zirə” isə 39 xalla 3-cü pillədə yeri dəyişməz qalıb.
Qeyd edək ki, ilk oyun günündə "Şamaxı" "Sumqayıt"a 1:0, "Sabah" Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib. Günün ilk oyununda "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edib- 0:0. Tura sabah “Qarabağ” - “Səbail” oyunu ilə yekun vurulacaq.
---------------------------------------
"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXII turunda "Kəpəz"lə heç-heçəyə razılaşıb.
Sportnet.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan oyunda hesab açılmayıb.
Naxçıvan təmsilçisi 44 xalla ikinci, Gəncə klubu 18 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci matçında "Zirə" "Neftçi" ilə qarşılaşacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.
-------------------------------------------
Azərbaycan Premyer Liqasında bu gün XXII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, oyunlar Bakının qəsəbələrində baş tutacaq.
Mərdəkandakı "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək. Hazırda Naxçıvan təmsilçisi 43 xalla 2-ci, Gəncə klubu 17 xalla 9-cu pillədə qərarlaşıb.
Komandalar arasında indiyədək baş tutmuş 10 oyunun 4-də "Nizami yurdu", 6-da isə Muxtar Respublika təmsilçisi qələbəyə sevinib. “Araz-Naxçıvan” son 4 oyunda qol vurub. “Kəpəz” son iki matçda quru hesabla uduzub.
Günün ikinci qarşılaşmasında “Zirə" eyniadlı idman kompleksində "Neftçi"ni qəbul edəcək. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv hazırda 39 xalla 3-cü, Samir Abasovun komandası 21 xalla 7-ci yerdə gedir.
İki klub arasındakı son 10 oyunun 6-da “flaqman”, 2-də “Zirə” qalib gəlib. “Zirə” son 3 görüşdə qol vurub. Son 5 qarşılaşmada isə meydan sahibi tərəf qalib gəlib.
Qeyd edək ki, tura sabah “Qarabağ” - “Səbail” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXII tur
10 fevral
16:00. "Araz-Naxçıvan" – "Kəpəz" - 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Zöhrab Qədiyev
"Liv Bona Dea Arena"
19:00. "Zirə" – "Neftçi" - 1:2
Qollar: Ruan Renato, 90+1 - Emin Mahmudov, 88. Ervin Koffi, 90+3
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, ilk oyun günündə "Şamaxı" "Sumqayıt"a 1:0, "Sabah" Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib. Tura fevralın 11-də "Qarabağ" - "Səbail" oyunu ilə yekun vurulacaq.