
Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun daha bir matçı keçirilib.
Sportnet.az xəbər verir ki, "Qarabağ" və "Sabah" komandaları qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Ağdam klubu 57 xalla 1-ci, "tələbələr" isə 33 xalla 5-ci sırada qərarlaşıb.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Səbail"i qonaq edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
“Səbail” 18 xalla autsayder, “qurdlar” 45 xalla turnir cədvəlinin ikincisidir.
Qeyd edək ki, tura 23 fevralda son 2 oyunla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXIV tur
22 fevral
16:00. "Araz-Naxçıvan" – "Səbail" - 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
"Liv Bona Dea Arena".
19:00. "Qarabağ" – "Sabah" - 1:1
Qol: Abdullah Zubir, 17 - Cesse Sekidika, 35
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu.