
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Barselona” İspaniyada İtaliyanın “İnter” klubu ilə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, Barselonadakı “Olimpiko” stadionunda baş tutan matçda qalib müəyyənləşməyib - 3:3.
Görüşdə Kataloniya təmsilçisindən Lamin Yamal (24-cü dəqiqə), Ferran Torres (38) və Rafinya (65) fərqləniblər. “İnter”in qollarını isə Markus Türam (1) və Denzel Dumfris (21,64) vurub.
Tərəfər arasında cacab oyunu mayın 6-da təşkil olunacaq.
Qeyd edək ki, yarımfinalın digər qarşılaşmasında Fransa PSJ-si İngiltərədə “Arsenal”ı məğlub edib - 1:0.