
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" Niderland təmsilçisi "Tvente" ilə ikinci yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, qarşılaşma rəqib komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.
Bu görüşdə də ilk 2 qolu "Tvente" vurub. "Qarabağ"ın yeganə topunun müəllifi isə 66-cı dəqiqədə Abbas Hüseynov olub.
Xatırladaq ki, bu komandalar arasındakı ilk yoxlama oyununda Ağdam komandası qələbə qazanıb - 3:2.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hər iki oyunda fərqli start heyətdən yararlanıb.
---------------------------------
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Azəbaycan təmsilçisi Niderlandın "Tvente" klubu ilə üz-üzə gəlib.
İlk görüşdə Azərbaycan təmsilçisi əzmkar qələbə qazanıb - 3:2. Oyunun əvvəllərində 2 topla geri düşən "Qarabağ" fasiləyədək Abdullah Zubir və Leandro Andradenin qolları ilə bərabərlik yaradıb. Fasilədən sonra isə Zubir "dubl" edərək, qalibiyyəti təmin edib.
Razılaşmaya əsasən, bu komandalar Bakı vaxtı ilə saat 19:15-də yenidən üz-üzə gələcəklər.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Metallist 1925" (Xarkov) klubuna uduzub - 4:5. "Qarabağ" Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib. İyulun 15-də toplanışın son matçında "Qarabağ"ın rəqibi Avstriya “Zaltsburq”u olacaq.
------------------------------------------
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, Azəbaycan təmsilçisi Niderlandın "Tvente" klubu ilə üz-üzə gələcək. İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikincisi isə 19:15-də başlayacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Metallist 1925" (Xarkov) klubuna uduzub - 4:5. "Qarabağ" Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.
İyulun 15-də toplanışın son matçında isə "Qarabağ"ın rəqibi Avstriya “Zaltsburq”u olacaq.
Çempionlar Liqasına hazırlaşan "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.
Yoxlama oyunu
11 iyul
17:00. "Qarabağ" - "Tvente" - 3:2
"Qarabağ"ın qolları: Abdullah Zubir, 36; 53. Leandro Andrade, 43
19:15. "Qarabağ" - "Tvente" - 1:2
"Qarabağ"ın qolu: Abbas Hüseynov, 66