
İngiltərənin "Vest Hem" klubu heyətinə yeni oyunçu cəlb edib.
Sportnet.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Kallum Uilsonun transferini açıqlayıb.
33 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, K.Uilson bu yay Premyer Liqanın digər təmsilçisi "Nyuksal"dan ayrıldıqdan sonra azad agent idi. İngiltərə millisinin üzvü 2020-2025-ci illərdə "Nyukasl"da çıxış edib və 76 oyuna 39 qol vuurb.