
Fransa "Marsel"inin futbolçusu Meyson Qrinvud karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirə bilər.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun transferini Ər-Riyad təmsilçisinin kapitanı Kriştianu Ronaldu istəyir.
Qrinvudla Ronaldu daha əvvəl İngiltərənin "Mançester Yunayted" komandasında birgə çıxış ediblər.
Qeyd edək ki, Meyson Qrinvud ötən mövsüm 21 qolla PSJ-nin üzvü Usman Dembele ilə birlikdə Fransa çempionatın bombardiri olub.