
"Bu, gerçəkləşən arzumdur".
Sportnet.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda qol vuran Borislas Rupanov deyib.
Meydana sonradan daxil olaraq fərqlənən 21 yaşlı hücumçu komandasına qələbə qazandırdığı üçün xoşbəxt olduğunu bildirib: "Baş məşqçi Xose Velaskesin təlimatı digər matçlardan heç nə ilə fərqlənmirdi - meydana daxil olmaq və maksimumu vermək. Azarkeşlərin izdihamı inanılmaz idi. Onlarla ancaq fəxr edə bilərik".
Qeyd edək ki, "Sabah"la "Levski" arasında cavab oyunu avqustun 14-də Bakıdakı Əlincə stadionunda keçiriləcək.