
İspaniya “Barselona”sının futbolçusu Robert Levandovski zədələnib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
36 yaşlı polşalı hücumçu sol budunun əzələsində ağrılar hiss edir. O, avqustun 10-da İtaliyanın “Komo” komandası ilə keçiriləcək “Joan Qamper” Kubokunun finalını buraxacaq.
Qeyd edək ki, “Barselona" 2025/26 mövsümünə avqustun 16-da İspaniya çempionatının "Malyorka" ilə ev oyunu ilə başlayacaq.