
Son Türkiyə çempionu “Qalatasaray”ın kolumbiyalı futbolçusu Karlos Kuesta Moskva “Spartak”ı ilə anlaşıb.
Sportnet.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Süleyman Rodop “X” sosial şəbəkəsində paylaşım edib.
“Cim-Bom" 26 yaşlı mərkəz müdafiəçisinin ayrılığını sabah və ya çərşənbə axşamı açıqlayacaq.
Daha əvvəl Rusiya klubunun Kuestanı 7 milyon avroya satınalma şərti ilə icarəyə götürmək istədiyi qeyd edilirdi.
Qeyd edək ki, Karlos Kuesta 2025-ci ilin fevralında “Genk”dən İstanbul klubuna 8 milyon avroya transfer olunub. Ötən mövsüm 26 yaşlı müdafiəçi klub səviyyəsində 22 oyun keçirib, 1 qol və 5 sarı vərəqə ilə yadda qalıb.