
İngiltərənin "Brayton" klubu futbolçusu Karlos Baleba üçün "Mançester Yunayted"dən 140 milyon avro tələb edir.
Sportnet.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" 21 yaşlı yarımmüdafiəçinin keçidi üçün danışıqları davam etdirir. Komandanın baş məşqçisi Ruben Amorim oyunçunu komandasında görmək istəyir. Mançester təmsilçisi Balebaya görə 93 milyon avro, bonuslar və cinah oyunçusu Ceydon Sançonu təklif etməyə hazırdır.
Qeyd edək ki, Kamerun millisinin üzvü 2023-cü ildə Fransanın "Lill" komandasından "Mançester Yunayted"ə keçib.