
Braziliyanın "Santos" klubu baş məşqçi Kleber Xavyerlə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, Braziliya çempionatında XX turun "Vasku da Qama"ya 0:6 hesablı məğlubiyyətlə bitən oyunundan sonra baş verib.
Klub ona xidmətləri qarşılığında təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Xavyer bu posta aprelin 29-da təyin olunmuşdu.
Qeyd edək ki, məşhur futbolçu Neymar qış transfer dönəmində "Santos"a keçib.