
Qadın futbolçular arasında Ukrayna çempionatında III turun "Kolos" - "Sisters" oyununda qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, 42-ci dəqiqədə baş hakim Anastasiya Romanyuk "Sisters"in futbolçusu İrina Mayborodinaya sarı vərəqə göstərib.
O, Mayborodinanın aqressiv fikirlərini rusca ifadə etdiyi üçün cəzalandırıb.
Romanyuk qərarını belə izah edib: "Burada Rusiyanın dili ilə danışmırıq, bu, Ukrayna çempionatıdır! Sarı vərəqə onun razılaşmaması ilə bağlıdır. Oyundan xahiş etdim ki, Ukrayna dilində danışsın".
Stadion hakimin mövqeyini alqışlarla dəstəkləyib.
Qeyd edək ki, oyun "Sisters"in qələbəsi ilə yekunlaşıb - 2:1.